...

İyunda Azərbaycan Novorossiyskdən 460 min ton neft satacaq

Energetika Materials 31 May 2006 12:17 (UTC +04:00)

İyunda Azərbaycan Novorossiysk limanından 460 min ton Ural növlü neft yükləməyi planlaşdırır. Limana yaxın mənbələrdən Trend ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 3 tankerlə 340 min ton neft, ARDNŞ isə 120 min ton xammal yükləyəcək.

İyunda ABƏŞ Novorossiyskin N1 körpüsündən hər birində 130 min ton iki neft partiyası, N2 körpüsündən isə 80 min ton neft partiyası yükləcəyək. ARDNŞ N6 və ya N7 körpüsündən 60 min ton neft və analoji həcmdə daha bir neft partiyası satacaq.

Mənbələr qeyd edir ki, ABƏŞ birinci 130 min ton neft partiyasını N1 körpüsündən iyunun 17-18-də, ikinci analoji partiyanı - iyunun 25-26-da, 80 min ton neft partiyasını isə iyunun 8-9-da N2 körpüsündən yükləyəcək. İyunun 1-2-də ARDNŞ 60 min ton xammalı N2, iyunun 28-29-da isə analoji həcmi N6 və ya N7 körpüsündən satacaq.

Hazırda ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağından hasil etdiyi nefti Bakı-Novorossiysk, Bakı-Supsa boru kəmərləri və dəmir yolu ilə Gürcüstanın Batumi limanınadək nəql edir. BTC işə salındıqdan və ABƏŞ tərəfindən Azeri Light növlü neftin nəqlinə başlandıqdan sonra şirkətin təkcə Bakı-Supsa ilə neft ixracını saxlayacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti