...

Azərbaycan Dövlət Neft Şirkəti Bakı-Novorossiysk üzrə neft ixracının artması hesabına açıq rəngli neft məhsullarının istehsalını azaltmayacaq

Energetika Materials 7 İyun 2006 13:39 (UTC +04:00)

Azərbaycan Dövlət neft şirkəti bu il Bakı-Novorossiysk boru kəməri üzrə xammal nəqlinin artmasından sonra Bakının iki NEZ arasında neftin effektiv paylaşdırılmasını planlaşdırır. ARDNŞ-dən Trend ə verilən xəbərə görə, əsas məqsəd açıq rəngli neft məhsullarının stabil istehsalının saxlanılmasıdır. ARDNŞ-dən deyiblər: "Bu neft məhsulları həm qiymətcə bahadır, həm də bazarda onlara böyük tələbat var".

ARDNŞ nümayəndəsinin sözlərinə görə, ucuz türkmən dizel yanacağına görə Sinqapurun Petrofarm şirkətinin Azərbaycan neft məhsullarından imtina etməsindən sonra şirkət müvəqqəti olaraq İran bazarından gedib.

ARDNŞ nümayəndəsi qeyd edib: "Biz istisna etmirik ki, payızda İranda istehlak həcminin müəyyən artımı baş verəcək. Belə olan halda yenə də bu istiqamətdə tədarükü bərpa edəcəyik".

Bu il Azərbaycan neft məhsullarının digər idxalatçısı olan Gürcüstan dizel yanacağı sahəsində aktivləşib, lakin benzin tədarükünü azaldıb. ARDNŞ nümayəndəsi bildirib: "Əgər əvvəllər Gürcüstan hər ay stabil şəkildə 20 min ton avtomobil benzini alırdısa, indi bu rəqəm 12 min tonu keçmir".

Rumıniya, Bolqarıstan və Yunanıstandan olan tədarük hesabına Gürcüstan Azərbaycan benzininin idxalını azaldıb. Bu il Heydər Əliyev adına NEZ-də (keçmiş "Azərneftyanacaq") katalitik krekinq qurğusunun təmiri səbəbindən ARDNŞ Gürcüstana benzin tədarükünü azaltmaq məcburiyyətində qalıb. Bu dövrdə Gürcüstan yanacağı digər ölkələrdən aktiv surətdə almağa başlayıb.

Xəbər lenti

Xəbər lenti