...

Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Qrup oktyabrda keçiriləcək EITI konfransına hazırlaşır

Energetika Materials 23 İyun 2006 20:23 (UTC +04:00)

2006-cı il iyunun 20-də Londondakı Lancaster House binasında Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq Məsləhətçi Qrupun (BMQ) növbəti toplantısı keçirilib. Trend agentliyi Azərbaycan Dövlət Neft Fondu (ARDNF) istinadən xəbər verir ki, Azərbaycan hökumətini BMQ-də təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov toplantıda iştirak edib.

Toplantıda 2006-cı ilin oktyabrında Osloda keçiriləcək MHŞT üzrə 3-cü Beynəlxalq Konfrans qarşısında qrupun verəcəyi hesabat müzakirə olunub.

MHŞT-nin tətbiqinin qiymətləndirilməsi metodologiyası konfransa təqdim edilmək üçün təsdiqlənmiş və Şəffaflıq Təşəbbüsü üzrə gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Konfransda həmçinin toplantıda MHŞT çərçivəsində fəaliyyətin koordinasiya edilməsi üçün 20 nəfərdən ibarət Şuranın, eləcə də MHŞT üzrə katibliyin yaradılması təklifinin Oslo konfransında müzakirə edilməsi qərara alınıb.

Məsləhətçi Qrupun yaradılması haqqında qərar 2005-ci ilin martın 17-də London konfransanda qəbul olunub. Onun əsas məqsədi EITI -yə qoşulmuş ölkələrə təşəbbüsün həyata keçirilməsinə və yeni ölkələrin təşkilata qoşulmasına köməklik göstərməkdir.

Məsləhətçi Qrupunun inkişaf etmiş ölkələrdən 16 üzvü var. Bundan əlavə, QHT, BVF, DB, SOROS, Britaniyanın İnkişaf Nazirliyi və neft şirkətlərinin nümayəndələri də təmsil olunub.

Qrupun 1-ci iclası -2005-ci ilin avqustunda Londonda, 2-ci - oktyabrda Vaşinqtonda, 3-cü - 2006-cı ilin fevralında Abuçedə (Nigeriya), 4-cü - apreldə Bakıda keçirilib.

Xəbər lenti

Xəbər lenti