...

Yanvar-noyabr aylarında Rusiya qazının Azərbaycana idxal həcmi açıqlanıb

Energetika Materials 4 Dekabr 2006 18:50 (UTC +04:00)

Yanvar-noyabr aylarında "Qazprom eksport" MMC ("Qazprom" ASC-nin törəmə qurumu) Azərbaycana 4 mlrd. 010,2 mln. kub metr qaz tədarük edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Sutkada orta hesabla 12,1 mln. kub metr qaz tədarük olunub. Ötən ilin 11 ayı ərzində şirkət Azərbaycana 4 mlrd. 154 mln. kub metr qaz tədarük edib.

2006-cı ilin noyabrında tədarükün həcmi 364,4 mln. kub metr qaz təşkil edib. Ötən ilin noyabrında ölkəyə 374 mln. kub metr qaz tədarük olunub. Dekabr ayında qaz tədarükü sutkada 14,9 mln. kub metrə qədər artırılıb, bu isə qışa keçid ilə əlaqədardır.

Cari ildə ARDNŞ "Qazprom eksport" MMC-dən 1 min kub metri 110 dollara 4,5 mlrd. kub metr qaz almağı planlaşdırır. Təbii qaz ölkəyə Şirvanovka - Qazıməmməd boru kəməri ilə verilir. Rusiyadan Azərbaycana qaz tədarükünün bütün dövrü ərzində 2006-cı ilin noyabrından respublikaya 24 mlrd. 910,8 kub metr qaz tədarük olunub.

Xəbər lenti

Xəbər lenti