...

"Azərenerji" yeni modul elektrik stansiyalarının açılışına hazırlaşır

Energetika Materials 5 Dekabr 2006 18:25 (UTC +04:00)

Xaçmazda yeni modul elektrostansiyanın rəsmi açılışı bu həftə ərzində baş tutacaq. Bu barədə Trend ə "Azərenerji" səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov xəbər verib.

Bu yarımstansiyanın işə salınması Azərbaycanın şimal bölgələrinə daha keyfiyyətli və etibarlı xidməti təmin edəcək. Xaçmaz yarımstansiyasında ilk dəfə istilik enerjisi ilə işləyən yeni texnologiya tətbiq olunacaq. Elektrostansiyanın tikilişində podratçı kimi digər analoji stansiyalara olduğu kimi Wartsila fin şirkəti iştirak edir. Azərbaycan prezidentinin sərəncamına əsasən, "Azərenerji" səhmdar cəmiyyəti tikintinin və Bakıda, Naxçıvanda, Astarada, Xaçmazda və Şəkidə quraşdırılacaq 52 qurğunun təhvil verilməsini təmin etməlidir. 2006-cı ildə 12 belə elektrik stansiyası Bakı TES 2-nin ərazisində, 10-u Naxçıvanda, daha 10-u Şəkidə və Xaçmazda quraşdırılacaq. Onlar "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin təhciz etdiyi təbii qazla işləyəcək. Bu elektrostansiyalar hər birinin gücü 8,7 MVt olan enerji modullarından ibarət olacaq.

Belə elektrostansiyaların tikilməsi Azərbaycanda elektrik enerjisi istehsalının həcmini 450-460 Mvt-a kimi artıracaq.

Xəbər lenti

Xəbər lenti