...

Azərbaycan 2007-ci ilin yanvar ayında yüngül neft hasilatını əhəmiyyətli dərəcədə artırıb

Energetika Materials 8 Fevral 2007 13:54 (UTC +04:00)

2007-ci ilin yanvar ayında "Azəri"-"Çıraq"-"Günəşli" dəniz yataqları blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) kontrakt sahəsində 2,7 mln. ton Azeri Light növü olan neft hasil edib ki, bu göstəricisi 2006-cı il yanvar ayının göstəricisindən 1,327 mln. ton çoxdur.

Neft hasilatının artırılması onunla izah edilir ki, 2006-cı ilin noyabr ayında "Azəri" yatağının şərq hissəsində neft hasilatına başlanıb.

ABƏŞ-dən Trend ə bildiriblər ki, 2007-ci il yanvar ayında "Çıraq" yatağında neft hasilatı 2006-cı ilin yanvar ayındakı 636,1 min tona qarşı 612,029 imn ton təşkil edib. "Azəri" yatağında 2007-ci ilin yanvar ayında keçən ilin yanvarındakı 737,6 min tona qarşı 2,087 mln. ton neft hasil edlilib.

2006-cı ildə ABƏŞ kontrakt sahəsində 23,26 mln. ton Azeri Light növü olan neft hasil edib. 2006-cı ildə "Çıraq" yatağında neft hasilatı 2005-ci ildəki 7,028 mln. tona qarşı 6,977 mln. ton təşkil edib. 2006-cı ildə "Azəri" yatağında neft hasilatı 2005-ci ildəki 6,109 mln. tona qarşı 16,283 mln. ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti