...

Avstriyanın OMV şirkəti Azərbaycanda neft emalı ilə maraqlanır

Energetika Materials 12 Aprel 2007 17:35 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycan qazını Avropaya ən gəlirli kommersiya şərtləri ilə nəql etmək niyyətindədir. Bu barədə Azərbacyan Dövlət Neft Şirkətinin (ADNŞ) prezidenti Rövnəq Abdullayev Avstriyanın OMV neft şirkəti baş komitəsinin direktor müavini Gerhard Roysla görüşdə bəyan edib.

R.Abdullayevin sözlərinə əsasən, bu cür görüşlərin keçirilməsi NABUCCO kimi və Avropaya enerji daşıyıcılarının digər nəqletmə layihələrinin iqtisadi əsaslandırılması haqqında məlumatın əldə olunması nöqteyi-nəzərindən vacibdir.

G.Roysun qeyd etdiyi kimi, NABUCCO boru kəməri vasitəsilə enerji resurslarının Xəzər regionundan Avropaya nəqli çərçivəsində Azərbaycan həm iştirakçı, həm də tranzit ölkə kimi çıxış edəcək. OMV həmçinin neft emalı sahəsində ADNŞ ilə əməkdaşlıq etmək niyyətindədir. Ekspert qrupları səviyyəsində danışıqların davam etdirilməsi qərarı qəbul olunub.

Xəbər lenti

Xəbər lenti