...

BM və əməliyyat şirkətləri Azərbaycanın quru yataqlarında qaz hasilatını artırıblar

Energetika Materials 13 İyul 2007 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ İyun ayında Azərbaycanın quruda fəaliyyət göstərən birgə müəssisələri və əməliyyat şirkətləri 14,2 mln. kubmetrdən çox qaz hasil edib. Bu barədə cümə günü ARDNŞ-dən məlumat verilib. Yanvar-iyun aylarında 71 mln. kubmetrdən çox qaz hasil olunub ki, bu da ötən ilin birinci yarımilindən 2,6 faiz çoxdur.

Daha çox qaz hasilatı "Kürsəngi-Qarabağlı" müqavilə sahəsində fəaliyyət göstərən, 23,3 mln. kubmetr qaz çıxaran Salyan oil əməliyyat şirkətinin payına düşür. Daha az hasilat isə 25 min kubmetr "Az.Şeng-Li" MMC şirkətinin olub.

2007-ci ilin yanvar-may aylarında BM və əməliyyat şirkətlərinin faktiki hasilat cədvəli (min kubmetrlə):

Birgə müəssisələr və əməliyyat şirkətləri iyun 2007 yanvar-iyun 2007
Salyan Oil 3944 23296
Shirvan Oil 2488 12328
Qarasu ƏŞ 424 2494
Azgerneft 20 150
Anshad Petrol 1364 15618
Gobustan 5070 11799
Az.Seng-Li MMC 3 25
Binaqadioyl 355 2310
Qaraçuxur ƏŞ Karaçuxur 449 3144
Suraxani Oil Operation 100 643
Cəmi 14217 71807
Xəbər lenti

Xəbər lenti