...

Boru kəmərləri ilə Azərbaycan neftinin ixracı 14 mln. tondan artıq olub

Energetika Materials 23 İyul 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2007-ci ilin yanvar-iyun aylarında ölkənin boru kəmərləri vasitəsi ilə 14,291 mln. ton neft ixrac olunub.

Bu müddət ərzində Bakı-Novorossiysk kəməri ilə 1,191 mln. ton neft göndərilib. Bakı -Tbilisi - Ceyhan xətti ilə isə 13,1 mln. ton neft ixrac edilib.

İyulun 1-nə olan məlumata görə, dəmir yolu ilə neft ixracının həcmi 2,7 mln. ton təşkil edib.

Baku - Supsa kəməri ilə müvafiq zaman kəsiyində neft ixracı keçirilməyib. Buna səbəb xətdə aparılan təmir işləri olub.

Xəbər lenti

Xəbər lenti