...

Maye təbii qaz Azərbaycanın nəqliyyat sektorunun dekarbonizasiyası üçün effektiv yanacaqdır - Ekspert

Yaşıl iqtisadiyyat Materials 18 Mart 2024 14:40 (UTC +04:00)
Maye təbii qaz Azərbaycanın nəqliyyat sektorunun dekarbonizasiyası üçün effektiv yanacaqdır - Ekspert
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Maye təbii qaz (MTQ) Azərbaycanda nəqliyyat sektorunun dekarbonizasiyası üçün daha səmərəli və əlçatan həll yolu ola bilər.

Trend xəbər verir ki, bu barədə "SOCAR Methanol" MMC-nin keçmiş rəhbəri, "yaşıl texnologiyalar" üzrə müstəqil ekspert Elnur Mustafayev deyib.

"Bir qrup azərbaycanlı ekspert rəhbərliyim altında "SOCAR Petroleum"da yanacaq dolduran avtomobillərdə mühərrik yanacağı qismində dizel yanacağı və maye təbii qazdan istifadə etməklə atmosferə buraxılan karbon dioksid tullantılarını sınaqdan keçirib. Nəticədə aşkar olunub ki, MTQ faktiki olaraq hazırda Azərbaycanın nəqliyyat sektorunun dekarbonizasiyası üçün daha cəlbedici həll yoludur", - deyə E.Mustafayev bildirib.

Onun fikrincə, MTQ yanacaqdoldurma stansiyalarının sayının artması ölkənin ekologiyasında və istixana qazlarının azaldılması üzrə öhdəliklərinin icrasında müsbət əks olunacaq.

Qeyd edək ki, MTQ təbii qazı, əsasən, metanı atmosfer təzyiqində təbii həcminin bir faizindən az səviyyədək sıxmaq yolu ilə əldə olunur.

Bu cür maye təbii qaz 200-230 bar təzyiq altında dəstəklənir və avtomobil mühərriklərində effektiv şəkildə istifadə olunur.

Bakı marşrutlarında istifadə olunan müasir avtobuslar "SOCAR"ın pilot layihəsi çərçivəsində yanacaq qismində əsasən maye təbii qazdan istifadə edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti