...

Beynəlxalq Enerji Forumu COP29-da karbon bazarları üzrə böyük irəliləyiş əldə etməyə yönəlib

Yaşıl iqtisadiyyat Materials 27 Mart 2024 13:24 (UTC +04:00)
Beynəlxalq Enerji Forumu COP29-da karbon bazarları üzrə böyük irəliləyiş əldə etməyə yönəlib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Enerji Forumu israrla hökumətləri karbon tullantıları üzrə kvotalarla beynəlxalq ticarət üçün çərçivə təmin edən və tullantılar üzrə milli hədəf göstəricilərinin əldə edilməsi üçün son dərəcə mühüm olan Paris sazişinin 6-cı maddəsini razılaşdırmağı başa çatdırmağa çağırır.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Forumunun baş katibi Cozef Makmoniql "Keçid dövründə karbon bazarlarının rolu" məruzəsinin təqdimatında deyib.

"6-cı maddə üzrə saziş beynəlxalq karbon bazarlarının potensialının kəşf edilməsinin açarıdır və Azərbaycanda COP29-da bununla bağlı böyük irəliləyiş görəcəyimizə ümid edirik", - o deyib.

Onun sözlərinə görə, karbon bazarları enerji keçidlərinin səmərəliliyini artırmaq və təmiz enerji sahəsində layihələr üçün vəsaitlər cəlb etmək hesabına iqlim, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf sahəsində məqsədlərin əldə olunmasında mühüm rol oynayacaq.

"Karbon bazarları iqlim, enerji təhlükəsizliyi və qiymətdə əlçatanlıq sahəsində qlobal məqsədlərimizə nail olmaq üçün resursların bölüşdürülməsində mühüm rol oynayacaq. Daha sıx əməkdaşlıq və məntiqli tənzimləmə sayəsində onlar xüsusən inkişaf etməkdə olan ölkələrdə təmiz enerji sahəsində layihələrə milyardlarla dollar cəlb edə bilərlər", - deyə Makmoniql əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti