Şuşa. Trend:
COP29-da iqlim sahəsində bir sıra məsələlər üzrə irəliləyiş əldə olunacaq - Sadır Japarov
Trend xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.
"Çox şadıq ki, Azərbaycan COP29-a ev sahibliyi edəcək. İnanıram ki, bu konfrans bir sıra məsələlər, o cümlədən maliyyələşdirmə məsələləri üzrə irəliləyiş əldə etmək imkanı verəcək. Qırğızıstan da bu sahədəki problemlərlə yaxşı tanışdır", - o deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)