...

Poçt filialına edilən silahlı basqın "Azərpoçt"un rəhbərliyinin təhlükəsizlik sisteminə olan münasibətini dəyişəcək

Telekommunikasiya Materials 16 Oktyabr 2007 18:26 (UTC +04:00)
Poçt filialına edilən silahlı basqın "Azərpoçt"un rəhbərliyinin təhlükəsizlik sisteminə olan münasibətini dəyişəcək

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Çərşənbə axşamı "Azərpoçt"un maliyyə məsələləri üzrə direktor müavini Həsənəli Qədimovun verdiyi məlumata görə, bazar ertəsi Gəncədə "Azərpoçt" dövlət müəssisəsinin poçt filialının iki əməkdaşının ölümü ilə nəticələnən silahlı basqın rəhbərliyin poçt obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə münasibətininin dəyişilməsinə səbəb olacaq.

Basqın zamanı basqınçılar poçt bölməsinin iki əməkdaşını qətlə yetirərək (1951-ci il təvəllüdlü kassir Bəxtiyar Bayramov, 1939-cu il təvəllüdlü mühafizəçi Səməndər Səməndərov) kassadan 37 min manat oğurlamış və cinayət yerindən uzaqlaşmışlar.

Qədimovun sözlərinə görə, basqınçıların oğurladığı pullar poçt bölməsi tərəfindən əhalidən toplanan vəsaitələrdir və əvvəlki günlərin Ramazan bayramı ilə əlaqədar iş günü olmaması səbəbindən banka aparılmayıb.

"Bütün əlamətlər deməyə əsas verir ki, bu planlı basqındır. Basqınçılar güman ki, vəsaitin hələ də filialda olmasından xəbərdar olublar" - deyə dövlət müəssisəsinin direktor müavini bildirib.

Qədimovun sözlərinə görə, hadisə yerinə daha ətraflı məlumat əldə etmək məqsədilə "Azərpoçt"un poçt məslələri üzrə direktor müavini Sübhan Kazımov gəlib.

"İstintaqın bitməsindən sonra gələcəkdə belə halların qarşısını almaq üçün tədbirlər görüləcək. Mühafizə xidməti (poçt bölmələrinin) gücləndiriləcək" - deyə Qədimov bildirib.

Gəncə Bakıdan 365m km məsafədə yerləşir.

Çərşənbə axşamı Gəncə Prokurorluğunun baş müstəntiqi Əlziman Bədələovun verdiyi məlumata görə, ilkin versiyaya görə basqın bir neçə şəxs tərəfindən törədilib.

"Bunu təsdiq edən şahidlər var. Hadisə yerində aparıla araşıdrma zamanı "Makarov" tipli tapança və güllələr aşkar olunub. İstintaq tədbirləri davam edir" - deyə Bədəlov bildirib.

"Azərpoçt" DM-in tərkibinə 59 poçtamp, 2 poçt müəssisəsi, 2 törəmə müəssisə və 8 rabitə qovşağı daxildir. Azərbaycanın bütün yaşayış məntəqələrini əhatə edən müəssisə 1300-dən çox poçt bölməsinə malikdir.

Xəbər lenti

Xəbər lenti