...

"TeliaSonera" Avrasiyada liderlik edən telekommunikasiya provayderi olmaq niyyətindədir

Telekommunikasiya Materials 17 Aprel 2008 19:53 (UTC +04:00)
"TeliaSonera" Avrasiyada liderlik edən telekommunikasiya provayderi olmaq niyyətindədir

Azərbaycan, Bakı, 17 aprel/ Trend , müxbir S.Babayeva/ Avropanın iri mobil rabitə operatoru - TeliaSonera telekommunikasiya provayderi qismində Avrasiyada lider mövqe tutmaq niyyətinədir. Bu barədə cümə axşamı İstambulda, Türkiy, Xəzər və Qara dəniz regionları, Mərkəzi Asiya və Rusiya üçün telekommunikasiya və İT-texnologiyalar üzrə beynəlxalq konfransının Caspian Telecoms 2008-in gedişində TeliaSonera-nın Avrasiya biznes-bölməsinin prezidenti Tero Kivisaari (Tero Kivisaari) məlumat verib.

Onun sözlərinə görə, TeliaSonera-nın planlarına şirkətin təmsil olunduğu ölkələrdə əhatə dairəsinin və xidmətlərin sayının genişləndirilməsi daxildir. Bununla yanaşı, 2007-ci ildə TeliaSonera-nın sərmayələrinin $513 mln. təşkil etdiyi Türkiyə şirkətin genişlənməsi üçün əsas platforma olaraq qalacaq. Türkiyədəki şirkətin bazar dəyəri $25 mlrd. təşkil edir.

Avrasiya regionunda TeliaSonera 1993-cü ildən Türkiyədə (Turkcell), 1994-cü ildən Rusiyada (North-West GSM), 1996-cı ildən Azərbaycanda (Azercell) və Gürcüstanda (Geocell), 1998-ci ildən Qazaxıstanda (K'Cell), 1999-cu ildən Moldovada (Moldcell), 2000-ci ildən Rusiyada (Sonic-Duo) iştirak edir. 2000-ci ildə Fintur Holdings şirkəti təsis edilib. Bu şirkət vasitəsilə 2002-ci ildən Rusiyada MegaFon operatoru tərəfindən, 2007-ci ildə Özbəkistanda (Coscom), Tacikistanda (Somoncom i Indigo Tajikistan) və Əfqanıstanda (Roshan) telekommunikasiya xidmətləri göstərilir.

Ötən il ərzində TeliaSonera $14,2 mlrd. gəlir əldə edib, mənfəət isə $4,1 mlrd. təşkil edib. 18 ölkədə abunəçilərin sayı 116 mln.-a çatıb.

TeliaSonera 2002-ci ildə, İsveçin və Finlandiyanın Telia və Sonera operatorlarının birləşməsi nəticəsində yaranıb. Şirkətin 690 000-dən çox səhmdarı var. Onlardan ən iriləri İsveç hökuməti (37,3 faiz) və Finlandiya hökumətidir (13,7 faiz). Şirkət Fintur Holdings BV vasitəsilə Azərbaycanın Azercell Telecom mobil rabitə operatorunun səhmdarıdır. Belə ki, Fintur-un səhmlərinin 58,55 faizi TeliaSonera-ya məxsusdur.

Azercell Telecom 1996-cı il dekabrın 15-də fəaliyyətə başlayıb və 3 mln.-dan çox abunəçiyə xidmət göstərir. Bu gün operator GSM standartı üzrə Azərbaycanda ən iri operatorudur.

Caspian Telecoms 2008 -in ikinci günündə Azercell Telecom-un prezidenti Həlim Atəş "İnformasiya İpək yolunun imkanları" mövzusunda çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti