...

Nanotexnologiyalar reallığa çevrilib - Moskva Fizika-texnika İnstitutunun rektoru

Telekommunikasiya Materials 24 İyun 2008 18:41 (UTC +04:00)
Nanotexnologiyalar reallığa çevrilib - Moskva Fizika-texnika İnstitutunun rektoru

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir S.Babayeva / Nanotexnologiyalar reallığa çevrilib. Onlar elmin bir sıra istiqamətini birləşdirərək, molekulyar-atom səviyyəsində tədqiq olunur. Bu barədə çərşənbə axşamı "Ekspert Online"nın təşkil etdiyi İnternet-forumdaı Moskva Fizika-texnika İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Nikolay Kudryavtsev bildirib.

"Hazırda bu sahənin biologiya, mikroelektronika və elmin digər sahələrinə tətbiqi sürətlə inkişaf edir", - deyə alim bildirib.

Kudryavtsevin fikrinə görə, bu gün sözügedən texnologiyalar sayəsində əldə olunan nailiyyətləri görmək olar.

"Araşdırma cəhbəsinin genişlənməsi gələcəkdə bizə daha çox uğur gətirəcək. Məsələn, təbabətdə, bu, ilk növbədə, yeni materiallar və dərmanların xəstə hüceyrələrə çatdırılma metodudur, - bir çox digər sahələrdə də eləcə", - deyə o bildirib.

Rektorun sözlərinə görə, nanotexnologiyalar mütəxəssislər tərəfindən təkmilləşdiriləcək, çünki buna ehtiyac var. "Lakin sabah hansı imkanların açılacağıni təsəvvür etmək çox çətindi", - deyə Kudryavtsev yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti