...

Azərbaycanda 500-ə yaxın qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 30 Aprel 2009 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend Сapital, müxbir S.Babayeva /

"Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlər Radiotezliklər İdarəsinin (DRİ) apardığı monitorinqlərin gedişində 481 ədəd qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkarlanıb", - DRİ-dən deyilib.

"Bu faktlar üzrə 34 protokol tərtib olunub", - DRİ-dən bildirilib.

Bu gün DRİ-də 343 müəssisə və təşkilat qeydiyyatdadır. Onlardan 130-u dövlət, 188-i kommersiya, 25-i xarici təşkilatlardır. Qeydiyyatdan keçmiş radioelektron vasitələrin sayı 23279-dur.

Bu ilin birinci rübündə DRİ-nin gəlirləri 2 milyon 51,4 min manat olub. Qeyd etmək lazımdır ki, proqnozlar bir milyon 104 min manat təşkil edirdi. Xərclər isə 450 min manat təşkil edib. Proqnozlar 413,7 min manat olub.

Azərbaycan DRİ respublika ərazisində bütün müəssisə, təşkilat və dövlət orqanlarında rabitə tezliklərinin istismarı üzərində nəzarət və onların bölgüsü ilə məşğul olur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti