...

Naxçıvan MR-in Rabitə Nazirliyi NGN şəbəkəsinin genişləndirilməsi üzrə layihənin həyata keçirilməsinə başlayıb

Telekommunikasiya Materials 22 Oktyabr 2009 11:48 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telekomunikasiya xətlərinin NGN texnologiyasına köçürülməsinə başlayıb, Nazirliyin məlumatında deyilir.
Naxçıvan MR-in Rabitə Nazirliyi NGN şəbəkəsinin genişləndirilməsi üzrə layihənin həyata keçirilməsinə başlayıb

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir H.Vəliyev/

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telekomunikasiya xətlərinin NGN texnologiyasına köçürülməsinə başlayıb, Nazirliyin məlumatında deyilir.

Rabitə Nazirliyinin məlumatına görə, NGN texnologiyasının tətbiqi 2015-ci ilədək 4 mərhələdə aparılacaq.

Hazırda nazirlik layihənin ilk mərhələsinin həyata keçirilməsinə başlayıb. Nazirliyin proqnozuna görə, bu mərhələ 2010-cu ilin ilk rübündə başa çatacaq. İlk mərhələ çərçivəsində Naxçıvan şəhərində, Babək qəsəbəsində və Nehrəm kəndində köhnə ATS-in yeni nəsil elektron stansiyası ilə əvəz edilməsi nəzərdə tutulur. Layihə Rabitə Nazirliyinin Çinin Huawei Technologies şirkəti ilə imzaladığı müqaviləyə müvafiq olaraq həyata keçirilir.

Hazırda nazirliyin mütəxəssisləri tərəfindən Softswich və MSAN avadanlıqlarının quraşdırılacağı yerlər müəyyən edilib. Aparılan işlər çərçivəsində NGN şəbəkəsinin dəstəkləndiyi EATS-in nömrə həcmi 7776 nömrədən ibarətdir.

Gələcəkdə NGN şəbəkəsi Şərur, Sədərək, Culfa, Ordubad, Şahbuz rayonlarında , həmçinin Babək rayonunu digər yaşayış massivlərində də genişləndiriləcək.

NGN şəbəkəsi müxtəlif növ telekommunikasiya trafiki üçün zəruri olan xidmət keyfiyyətini təmin edir. Bu texnologiyanın tətbiqi əhaliyə ənənəvi rabitə xidmətləri ilə yanaşı İP-telefoniya, genişzolaqlı internet, İP-TV və başqa bu kimi xidmətlərdən istifadə etmək imkanı verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti