...

"Azercell Telecom" fakturalı xətt abonentləri üçün yeni endirim təqdim edib

Telekommunikasiya Materials 9 Dekabr 2009 19:18 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" MMC fakturalı xətt abunəçiləri üçün yeni "Sabit" endirimlər təqdim edib.
"Azercell Telecom" fakturalı xətt abonentləri üçün yeni endirim təqdim edib

Azərbaycan, Bakı, 09 dekabr / Trend /

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" MMC fakturalı xətt abunəçiləri üçün yeni "Sabit" endirimlər təqdim edib. Bu barədə şirkətin məlumatında deyilir.

Endirimlər çərçivəsində fakturalı xətt abunəçilərinə şəbəkədaxili zənglər üçün 120 dəqiqə, ölkədaxili bütün digər istiqamətlərə zənglər üçün 30 dəqiqə, beynəlxalq zənglər üçün isə 10 dəqiqə təqdim olunacaq.

Bundan başqa, abunəçilərə şəbəkədaxili 50 SMS 5 MB GPRS trafiki təqdim olunacaq.

"Sabit" endirimlərin aylıq dəyəri 19 manata başa gəlir (ƏDV xaric).

Bu tarif paketinə qoşulmaq üçün Sabit sözünü SMS vasitəsilə 650 nömrəsinə göndərmək lazımdır. Əvvəlki rejimə qayıtmaq üçün Stop sözünü SMS vasitəsilə 650 nömrəsinə göndərmək lazımdır. 650 nömrəsinə göndərilən 1 istək-mesajın qiyməti 0,02 AZN-dir.

Xəbər lenti

Xəbər lenti