...

Azərbaycanın ilkin provayderi WiMAX simsiz genişzolaqlı çıxışın əhatə dairəsini genişləndirib

Telekommunikasiya Materials 6 Mart 2010 15:49 (UTC +04:00)
Azərbaycanın ilkin provayderi Delta Telecom şirkəti WiMAX simsiz genişzolaqlı çıxışın əhatə dairəsini Mərdəkan, Buzovna, Maştağa, Zabrat, Bakıxanov, Qaraçuxur, Lökbatan qəsəbələrində genişləndirib. Bu barədə şirkətin məlumatında deyilir.

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın ilkin provayderi Delta Telecom şirkəti WiMAX simsiz genişzolaqlı çıxışın əhatə dairəsini Mərdəkan, Buzovna, Maştağa, Zabrat, Bakıxanov, Qaraçuxur, Lökbatan qəsəbələrində genişləndirib. Bu barədə şirkətin məlumatında deyilir.

WiMAX Delta Telecom şəbəkəsi 802.16e, həmçinin Mobile WiMAX kimi tanınan və mobil qurğular üçün nəzərdə tutlan standartda əsaslanır. WiMAX şəbəkəsində verilənlərin ötürülmə sürəti saniyyədə iki meqabitə çatacaq.

WiMAX simsiz şəbəkəsi ilin əvvəlindən etibarən Bakıda və Sumqayıtda kommersiya istismarına verilib.

Şirkət tərəfindən şəbəkənin regional səviyyədə genişləndirilməsi üzrə layihələşdirmə işlərinə başlanılıb. Həmin ərazilərdə WiMAX -ın 140 baza stansiyası fəaliyyət göstərəcək.

WiMAX simsiz şəbəkəsinin tətbiq edilməsi üçün 2,6GHz tezlik resurslarından istifadə olunur. Bu gün şirkət istifadəçilərə reginal səviyyədə simsiz genişzolaqlı İnternet xidmətləri göstərmək barədə İnternet servis provayderləri ilə danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti