...

Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb

Telekommunikasiya Materials 11 Aprel 2011 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir H.Vəliyev/

AzNET seqmentində real fişinq-insidentlərin sayı martın 12-dən aprelin 11-dək olan dövr ərzində altı ədəd təşkil edib. Bu barədə bazar ertəsi "Netcraft" analitik şirkətinin məlumatında deyilir.

Təhlil "MozillaFirefox" və "InternetExplorer" brauzerləri üçün modul olan "NetcraftToolbar" proqramının əsasında hazırlanıb. Proqram istifadəçini potensial təhlükəli internet-resurslar, eləcə də fişinq-hücumların qarşısının alınması barədə xəbərdar edir.

"Netcraft"ın məlumatına görə, Azərbaycanda "NetcraftToolbar" hazırda 2826 fərdi kompüterdə quraşdırılıb. Bu, martın ikinci rübünün başlanğıcı ilə müqayisədə 38 ədəd çoxdur.

"Netcraft"ın hesabatına əsasən, Azərbaycanda 471 saytın (.az domenində) payına fırıldaqçılar üçün bir səmərəli fişinq-hücum düşür. Bu, bu və ya digər halda pul və ya istifadəçinin şəxsi məlumatlarını əldə etmək məqsədilə edilir.

"Netcraft"ın mütəxəssisləri qeyd edirlər ki, hesabat dövrü ərzində AzNET şəbəkəsində fırıldaqçılıq halları 398 internet-resursla müqayisədə bir insident azalıb.

Fişinq-hücum populyar brendlərin adından kütləvi elektron poçt göndərişləri ilə həyata keçirilir. Məktubda zahirən həqiqidən fərqlənməyən bu brendin yalançı saytına bilavasitə istinad edilir. Belə sayta düşən zaman istifadəçi fırıldaqçılara akkaunt və bank hesablarına daxil olmağa imkan verən qiymətli informasiyanı verə bilər.

Xəbər lenti

Xəbər lenti