...

Azərbaycanın informasiya təhlükəsizliyi bazarında yeni növ məhsullar meydana çıxacaq

Telekommunikasiya Materials 27 Sentyabr 2011 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir H.Vəliyev/

"Head technology Azerbaijan" şirkəti Azərbaycanın softver bazarında "Fore Scout" şirkətinin məhsullarının irəliləyişinə başlayır. Həmin şirkət şəbəkədə çıxışa nəzarət sistemlərinin istehsalçısıdır. Bu barədə Trend-ə çərşənbə axşamı "Headtechnology Azerbaijan" şirkətinin direktoru Nazim Sofizadə məlumat verib.

Sofizadənin sözlərinə görə, bu istehsalçının məhsulları Azərbaycan bazarına imzalanmış distribüter sazişinə uyğun çıxarılacaq.

"Fore Scout" şirkəti ilə saziş "Head technology" şirkətinə Şərqi Avropanın, MDB-nin və Orta Asiyanın 30 ölkəsində həmin şirkətin rəsmi distribüteri olmağa imkan verir.

"Fore Scout" şəbəkəsi şirkətlərin informasiya təhlükəsizliyinin təmin olunması üçün avtomatlaşdırılmış platformanı özündə ehtiva edir ki, bu da real vaxt rejimində korporativ şəbəkəyə qoşulmuş bütün qurğuları izləməyə və onlara nəzarət etmək imkanı verir.

Habelə "Fore Scout Counter ACT" həlləri şəbəkəyə bütün qoşulmaları avtomatik tutuşdurur, müəyyən edilmiş təhlükəsizlik siyasəti və standart tələbləri çərçivəsində şəbəkə təhdidlərinin bloka alır, son nöqtənin təhlükəsizliyindəki pozuntuları düzəldir.

Xəbər lenti

Xəbər lenti