...

Azərbaycanda POS-terminallarda yeni şifrələnmə protokolları tətbiq edilir

Telekommunikasiya Materials 6 Dekabr 2011 11:36 (UTC +04:00)
"Millikart" prosessinq mərkəzi POS-terminallarda yeni şifrələnmə protokolları tətbiq edib. Trend-in məlumatına görə, bu barədə Millikart-ın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanda POS-terminallarda yeni şifrələnmə protokolları tətbiq edilir

Azərbaycan, Bakı, 6 dekabr / Trend, müxbir H.Vəliyev /

"Millikart" prosessinq mərkəzi POS-terminallarda yeni şifrələnmə protokolları tətbiq edib. Trend-in məlumatına görə, bu barədə Millikart-ın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"GPRS və TCP/IP üzrə çalışan POS-terminalalr vasitəsilə göndərilən informasiya SSL (Secure Socket Layer) protokolu əsasında şifrələnir", - məlumatda deyilir.

Yeni şifrələnmə növü POS-terminallar vasitəsilə aparılan əməliyyatlar zamanı təhlükəsiz rabitə kanallarını təmin edir.
SSL şifrələnmə protokolu PCI DSS standartına əsaslanır və VISA və MasterCard öəniş sistemlərinin tələbləridir.

"Milli Kart" MMC 2006-cı il iyulun 14-də ölkənin 18 bankı tərəfindən Azərbaycan Mərkəzi Bankının kart ödənişləri üzrə prosessinq mərkəzinin alınmasından sonra yaradılıb. "MilliKart" MMC-nin nizamnamə kapitalı 5 milyon manat təşkil edir.

Mərkəzin təsisçiləri bunlardır: AtaBank, DəmirBank, AzərTürkBank, Bank of Baku, Azərbaycan Sənaye Bankı, DebutBank, AmrahBank, Xalq Bank, Credo Bank, AccessBank, ParaBank, RabitaBank, Bank Respublika, Bank Standard, Texnika Bank, Turan Bank, UniBank və Zamin Bank.

Xəbər lenti

Xəbər lenti