...

"Nar Mobile" beynəlxalq konfransda iştirak edir

Telekommunikasiya Materials 1 Mart 2012 14:38 (UTC +04:00)
"Nar Mobile" işçi qrupu ilə Barselona şəhərində keçirilən "GSMA Mobile World Congress 2012" mobil texnologiyalar sərgi-konfransında iştirak edir.
"Nar Mobile" beynəlxalq konfransda iştirak edir

Azərbaycan, Bakı, 1 mart /Trend/

"Nar Mobile" işçi qrupu ilə Barselona şəhərində keçirilən "GSMA Mobile World Congress 2012" mobil texnologiyalar sərgi-konfransında iştirak edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Fevralın 27-dən martın 1-dək davam edən konfransda dünyanın məhşur mobil operatorları və mobil qurğu istehsalçıları son nailiyyətlərini nümayiş etdirir. Konfarns çərçivəsində "Nar Mobile" bir sıra biznes-seminarlarda iştirak edəcək, forum və sessiyalarda öz təqdimatları ilə çıxış edəcək.

Konfransda "Nar Mobile"ı təmsil edən şirkətin baş direktoru Yurgen Pitz öz təqdimatı ilə çıxış etməklə yanaşı, tərəfdaşlarla görüşüb gələcəyə yönəlik geniş əlaqələr qurub.

"Nar Mobile" Azərbaycanda innovativ mobil operator kimi tanınır və hər il beynəlxalq konfranslarda iştirak edir. Biz hər il gənc mütəxəssizlərimizlə beynəlxalq konfranslarda iştirak edərək onların təcrübəsini genişləndiririk, konfrans zamanı nümayiş olunan yenilikləri xidmətlərimizə tətbiq etməyi nəzərdən keçiririk", - Pitz bildirib.

"GSMA Mobile World Congress" hər il keçirilən, dünyada mobil texnologiyalara həsr olunmuş ən böyük və mühüm konfransdır. Konfransda mobil internet, mobil texnologiya məhsulları və tətbiqləri mövzusunda yeniliklər nümayiş olunur. Bu il sərgi-konfransda "Vodafone", "Microsoft", "Orange", "China Mobile", "T-Mobile", "Ericsson" və digər tanınmış şirkətlər iştirak edir.

"Nar Mobile" brendi ilə tanınan "Azerfon" şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. "Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80 faizini əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

.

Xəbər lenti

Xəbər lenti