...

"Bakcell" şirkəti Azərbaycan regionunda Respublika Gününə həsr edilmiş bayram tədbiri təşkil edib (FOTO)

Telekommunikasiya Materials 1 İyun 2012 14:44 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Qazax rayonunun Ermənistanla sərhəd olan Quşçu Ayrım və Məzəm kəndlərinin sakinləri ilə birgə Respublika Gününü qeyd edib.
"Bakcell" şirkəti Azərbaycan regionunda Respublika Gününə həsr edilmiş bayram tədbiri təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Qazax rayonunun Ermənistanla sərhəd olan Quşçu Ayrım və Məzəm kəndlərinin sakinləri ilə birgə Respublika Gününü qeyd edib. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin yaydığı məlumatda deyilir.

May ayının 30-da "Bakcell" əməkdaşları həmin kəndlərdə yaşayan 250 ailəyə ərzaq paketi paylayıblar. Bu təşəbbüs Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax şöbəsinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Ölkənin ucqar rayonlarında yaşayan əhalini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək üçün əlindən gələni edən "Bakcell" Quşçu Ayrım kəndində ötürücü stansiyaı quraşdıran yegənə mobil operatordur.

"Bakcell" şirkəti ucqar bölgələrdə yaşayan bütün vətəndaşlarımızı yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin etməyə hazırdır. Biz daim bütün ölkə ərazisində şəbəkəmizin keyfiyyətini və mövcudluğunu nəzarətdə saxlayırıq. Biz mobil rabitə xidmətlərindən yararlanmaq imkanı olmayan ərazilərdə yaşayan sakinlərin müraciətlərinə dərhal cavab verməyə çalışırıq. Cəbhə xəttinə yaxın yerləşən əraziləri yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi ilə təmin etmək bizim əsas prioritetlərimzidən biridir", - "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Bir müddət əvvəl Quşçu Ayrım kəndinin bir qrup sakini "Bakcell" şirkətinə məktubla müraciət edərək, ətraf kəndlərdə yaşayan əhalinin "Bakcell"in xidmətlərindən istifadə etməkdə çətinlik çəkdiyini bildiriblər. Qeyd edilən kəndlərin ucqar ərazilərdə və Ermənistanla sərhəd zonasında yerləşməsinə baxmayaraq, müştəri məmnuniyyətinə xüsusi önəm verən və vətəndaşların ehtiyaclarına diqqətlə yanaşan "Bakcell" şirkəti əhalinin yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən istifadə edə bilməsi üçün bütün səylərini birləşdirib. Məktuba cavab olaraq, qısa müddət ərzində ərazidə yeni stansiya quraşdırılıb. Nəticədə artıq həmin kəndlərdə yaşayan əhali yüksək keyfiyyətli rabitə xidməti ilə təmin olunub və indi əhali "Bakcell" şirkətinin xidmətlərdən yüksək səviyyədə istifadə edə bilir.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan "Bakcell", ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

"Bakcell"in şəbəkəsi ölkə əhalisinin 99 faiz, ölkə ərazisinin 92 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti