...

"Konnekt Marafonu"nun qaliblərinə hədiyyələr təqdim edilib (FOTO)

Telekommunikasiya Materials 20 İyun 2012 14:06 (UTC +04:00)
Hər zaman abunəçilərini yeni xidmətlər və kampaniyalarla sevindirən "Konnekt" şirkəti 2012-ci il yay mövsümü üçün "Konnekt Marafonu" adlı növbəti uduşlu kampaniyanı uğurla başa vurub.
"Konnekt Marafonu"nun qaliblərinə hədiyyələr təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Hər zaman abunəçilərini yeni xidmətlər və kampaniyalarla sevindirən "Konnekt" şirkəti 2012-ci il yay mövsümü üçün "Konnekt Marafonu" adlı növbəti uduşlu kampaniyanı uğurla başa vurub.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, 5 iyun 2012-ci il tarixədək 3 aylıq abunə haqqını ödəyən "Konnekt" abunəçiləri Türkiyənin Bodrum, Antalya, Kəmər, eləcə də Azərbaycanın Qəbələ, Qax, Nabran, Quba və Şəki şəhərlərində yerləşən istirahət mərkəzlərinə 2 nəfərlik səyahət paketi, bundan başqa, mobil telefonlar və çoxlu sayda digər qiymətli hədiyyələr qazanmaq şansı əldə ediblər.

Kampaniya müddətində "Konnekt"ə yeni qoşulan abunəçilər isə uduşlu oyunda birbaşa iştirak etmək imkanı qazanıblar.

4184 abunəçi arasında uduşlu oyun iyunun 9-da "Konnekt" şirkətində keçirilib. Tədbirə bütün "Konnekt" abonentləri dəvətli olub və bir neçə abonent hədiyyə sahiblərinin seçilməsi üçün keçirilən tədbirdə tamaşaçı kimi iştirak edib. Münsiflər heyəti və şirkət əməkdaşlarının iştirakı ilə keçirilən uduşlu oyun iştirakçıların müqavilə nömrələri yazılmış kuponların lototrona boşaldılması ilə başlayıb. Ardıcıllıqla və tam şəffaflıqla 2 xarici tur (2 nəfərlik), 10 yerli tur (2 nəfərlik), 13 mobil telefon və 1 LCD televizor üzrə bütün qaliblər müəyyən olunub.

İyunun 16-da iştirakçılara hədiyyələrin təqdim edilmə mərasimi keçirilib.

Növbəti marafon 2012-ci il iyul ayının 1-dən start götürür.

Tel.: Məlumat Mərkəzi 159; (+994 12) 5390159, (+994 12) 5664238; Fax: (+ 994 12) 5663967

E-mail: [email protected]; www.connect.az; http://www.facebook.com/CONNECT.LTD

Xəbər lenti

Xəbər lenti