Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir H.Vəliyev/
1 iyul 2013-cü il tarixinədək Dövlət Radiotezliklər İdarəsində (DRİ) 366 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.
Trend DRİ-nin rəsmi saytına istinadən məlumat verir ki, onlardan 68 istifadəçi dövlət, 246 istifadəçi kommersiya, 24 istifadəçi xarici təşkilat, 28 istifadəçi isə fiziki şəxsdir.
İlin müvafiq dövrü ərzində 3124 ədəd radioelektron vasitə (REV) DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 41 552 ədəd təşkil edir.