Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir H.Vəliyev/
Hazırda Dövlət Radiotezliklər İdarəsində (DRİ) 381 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Trend-in məlumatına görə, bu barədə DRİ-dən Trend-ə daxil olan məlumatda bildirilir.
Trend DRİ-nin rəsmi saytına istinadən məlumat verir ki, onlardan 72 istifadəçi dövlət, 256 istifadəçi kommersiya, 25 istifadəçi xarici təşkilat, 28 istifadəçi isə fiziki şəxsdir.
İlin müvafiq dövrü ərzində 5005 ədəd radioelektron vasitə (REV) DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 42 905 ədəd təşkil edir.