...

Azərbaycanda 200-dən çox qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub

Telekommunikasiya Materials 7 Avqust 2014 10:31 (UTC +04:00)
2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin Efir nəzarəti şöbəsi tərəfindən 204 ədəd qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub.
Azərbaycanda 200-dən çox qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin Efir nəzarəti şöbəsi tərəfindən 204 ədəd qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı DRİ-nin məlumatında deyilir.

Ötən dövr ərzində Dövlət Radiotezliklər İdarəsi tərəfindən 415 müəssisə və təşkilata texniki baxış keçirilib.

Aşkar olunan qeydiyyatdan keçməmiş radioelektron vasitələrin ümumi sayından 86 ədədi möhürlənib, 107-si qeydiyyata alınıb, qalan 11 vasitə üzrə qeydiyyat prosesi həyata keçirilir.

Radioelektron vasitələrin istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən 15 protokol tərtib edilib və müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti