...

Azərbaycanda 270 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 2 Oktyabr 2014 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən cari ilin 9 ayı ərzində müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 271 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb.

Trend DRİ-yə istinadən məlumat verir ki, göstərilən dövrdə İdarə 520 müəssisə və təşkilata texniki baxış keçirib.

Onlardan 115 ədədi möhürlənib, 107 ədədi qeydiyyata salınıb və 49 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 25 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti