...

Azərbaycanın yüksək texnologiyalar sahəsinin inkişaf problemləri sadalanıb

Telekommunikasiya Materials 3 Dekabr 2014 14:14 (UTC +04:00)
Azərbaycanda elmin maliyyələşdirilməsinin həcmi ÜDM-in 0,2 faizini təşkil edir.
Azərbaycanın yüksək texnologiyalar sahəsinin inkişaf problemləri sadalanıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda elmin maliyyələşdirilməsinin həcmi ÜDM-in 0,2 faizini təşkil edir. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzv ölkələrinin elm və texnologiyalar nazirlərinin Bakıda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan alimləri iqtisadi islahatların aparılmasında fəal iştirak edirlər. Bundan başqa, onlar 47 ölkənin 250-dən artıq araşdırma mərkəzləri ilə əməkdaşlıq edirlər: "Hazırda biz sosial-iqtisadi həyatda elmi araşdırma nailiyyətlərinin reallaşdırılması problemi ilə üzləşirik. Elm, iqtisadiyyat və sənaye arasında qarşılıqlı əlaqə çatışmazlığı hiss olunur".

Ə.Abbasov problemlər arasında bazarda iri transmilli şirkətlərin kifayət qədər iştirak etməməsini göstərib ki, bu da yüksək texnologiyalar sahəsinin inkişafına mane olur: "Həmin şirkətlər portfellərində elmi işləri və məhsulların irəliləməsini bir araya gətirə bilərdi".

O, əlavə edib ki, inkişaf etmiş ölkələrdə elmə ayrılan xərclər strukturunda 60-80 faiz özəl sektorun payına düşür: "Özəl sektor, həmçinin aparılan araşdırmaları maliyyələşdirir. Azərbaycan təbii sərvətləri ilə zəngindir və uğurlu siyasətin nəticəsi sosial-iqtisadi sabitlikdir. Bununla yanaşı, əsas məqsədimiz "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq iqtisadiyyatımızın neft-qaz sektorundan asılılığını minimuma endirməkdir".

Azərbaycan qarşısında qoyulan prioritet məqsədlər arasında 2020-ci ilədək adambaşına düşən ÜDM-in həcminin iki dəfə artırılmasıdır ki, bunu da qeyri-neft sektorunun, xüsusi ilə İKT sektorunun inkişafı sayəsində təmin etmək planlaşdırılır.

Nazirin sözlərinə əsasən, ölkədə innovativ inkişafın əsas məsələlərindən biri elmi araşdırma və işlərin kommersiyalaşdırılmasıdır: "Müxtəlif ölkələrin ən yaxşı praktikası təsdiq edir ki, buna (innovativ inkişaf) xüsusi vergi siyasəti, gömrük güzəştləri və əqli mülkiyyətin tətbiqi yolu ilə nail olmaq olar. Məqbul gömrük-tarif siyasəti bu baxımdan çox vacib rol oynayır və hazırda Azərbaycanda yüksək texnoloji avadanlığın idxalı ƏDV-dən və gömrük rüsumlarından azad edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti