...

İstənilən smartfonu ilkin ödənişsiz və 200 AZN bonusla əldə edin

Telekommunikasiya Materials 3 İyun 2016 18:13 (UTC +04:00)
Qiymətləri 12-yə böl, bonusları 6-ya vur!
İstənilən smartfonu ilkin ödənişsiz və 200 AZN bonusla əldə edin

Bakı. Trend:

1 iyun 2016-cı il tarixdə "Nar" operatorunun rəsmi tərəfdaşı olan "İrşad Electronics" mağazalar şəbəkəsinin yeni Nərimanov filialının açılış mərasimi keçirilib.

Bu münasibətlə yeni mağazada xüsusi aksiyaya start verilib. Aksiya çərçivəsində istənilən şəxs heç bir ilkin ödəniş etmədən və 12 ay müddətində faizsiz şərtlərlə istədiyi smartfonu əldə edə bilir. Bundan başqa, 15 iyun tarixinədək davam edəcək aksiyaya qoşulanlar "Nar" operatorundan nömrə, 6 ay müddətində istifadə olunacaq 200 AZN şəbəkədaxili danışıq balansı və 1,5 GB internet trafiki hədiyyə qazanırlar.

Beləliklə, "İrşad Electronics" Nərimanov filialından smartfon alaraq "Nar" nömrəsi əldə etmiş hər bir müştəri 6 ay müddətində mobil operatordan aylıq 33,33 AZN danışıq balansı və 250 MB internet trafiki hədiyyə qazanır. "İrşad Electronics" mağazalar şəbəkəsinin Təbriz küçəsi 108/5 ünvanda yerləşən dükanında hər hansı bir smartfonu əldə etməklə kampaniyadan yararlanmaq mümkündür.

Kampaniya haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti