...

Azərbaycanın Əmək Nazirliyi korporativ şəbəkənin yaradılmasına hazırlaşır

Telekommunikasiya Materials 28 İyun 2006 13:18 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi informasiya sistemini idarəetmə komponentinin gerçəkləşdirilməsi üçün korporativ şəbəkənin yaradılması üzrə tender keçirir. Qalib şirkət şəbəkəni və müvafiq avadanlıqları quraşdırmalıdır.

Tenderdə iştirak etmək istəyənlər şəbəkə avadanlıqlarının alqı-satqısı, quraşdırılması və istismarı üzrə ixtisaslaşdırılmış kadrlara, həmçinin, 3 analoji layihənin gerçəkləşdirilməsi istiqamətində təcrübəyə malik olmalıdır.

Tender təklifləri iyulun 12-dən gec olmayaraq yerli vaxtla saat 15:00-da təqdim olunmalıdır.

İşlər Beynəlxalq İnkişaf Assosiasiyasının "Pensiya və Sosial təminat layihəsi" çərçivəsində ayırdığı kredit hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti