...

Azercell abiturientlər üçün "İmtahanCELL" xidmətini istifadəyə verib

Telekommunikasiya Materials 4 Avqust 2006 19:24 (UTC +04:00)

Ötən illərdə olduğu kimi, bu il də abituriyentlər ali məktəbə qəbul imtahanlarının nəticələrini "Azercell Telekom" BM vasitəsilə öyrənə biləcək. Trend şirkətə istinadən xəbər verir ki, nəticələr haqda məlumatı "İmtahanCELL" xidməti vasitəsilə çox rahat almaq mümkün olacaq. Bu xidmət "Azercell Telekom" BM və TQDK-nın birgə fəaliyyəti sayəsində gerçəkləşəcək. "Azercell Telekom" abituriyentlərə növbələrə durmadan, öz evlərindən ali məktəblərə qəbul olub-olmadıqları haqda ilk və dürüst məlumat almağa imkan yaradacaq.

"İmtahanCELL" xidmətindən faydalanmaq üçün abituriyent qəbul sənədinin altı rəqəmli nömrəsini qısa mesaj xidməti vasitəsilə 777 nömrəsinə göndərməlidir. Ali məktəbə daxil olduqda, abituriyent ixtisas kodu bildirən cavab mesaji alacaq. Daxil olduğu ali məktəbi və ixtisası öyrənmək üçün abituriyent ixtisas kodunu qısa mesaj vasitəsilə 778 nömrəsinə göndərməlidir.

"İmtahanCELL" xidmətindən məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi imtahanın nəticələrini rəsmi elan etdiyi andan etibarən 7 gün ərzində almaq mümkün olacaq."Azercell Telekom" abonentlər üçün "İmtahanCELL" xidmətindən istifadəyə görə olduqca sərfəli qiymət müəyyən edib. Belə ki, 777 və 778 nömrələrinə göndərilən hər qısa mesajın qiyməti Azercell abonentləri üçün 0,05 AZN (ƏDI xaric), SimSim, GəncSim, BizdənBizə abonentləri üçün 11 konturdur.

Xəbər lenti

Xəbər lenti