...

Azercell Portuqaliya ilə növbəti rouminq sazişini imzalayıb

Telekommunikasiya Materials 6 Dekabr 2006 17:16 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azercell Telecom Birgə müəssisəsi GPRS/MMS sahəsində növbəti rouminq sazişi imzalayıb. Trend BM-ə istinadən məlumat verir ki, saziş Portuqaliyanın mobil rabitə operatoru - TMN BM ilə imzalanıb. Bu, operatorun Portuqaliya ilə sayca üçüncü GPRS/MMS rouminq müqaviləsidir. "Azercell" abunəçiləri hazırda bu ölkənin Optimus və Iodafone operatorlarının xidmətindən yararlanırlar.

Indiyə kimi Azercell Telekom BM dünyanın 30 ölkəsinin mobil rabitə operatorları ilə 64 GPRS/MMS rouminq sazişi bağlayıb.

Azercell Telecom BM 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından etibarən isə GəncSim - gənclər üçün tarif planı tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti