...

Azercell şəbəkənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirir

Telekommunikasiya Materials 12 Fevral 2007 13:15 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azercell Telecom BM fevralın 13-dən saat 03:00-dan başlayaraq qısa məlumatlar (SMS) əsasında göstərilən xidmət sahəsində mümkün pozuntular barədə öz abunəçilərinə xəbərdarlıq edir. Şirkətin rəsmi mətbuatda yayılmış məlumatına istinadən Trend xəbər verir ki, bu, operatorun şəbəkəni təkmilləşdirməsi ilə əlaqədar apardığı işlərlə bağlıdır. Şirkət rabitənin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq analoji işlər həyata keçirir.

Bu gün Azercell Telecom abunəçilərinin sayı 2,3 mln. nəfəri keçir, şirkət 1997-ci ildə fəaliyyətə başlayarkən isə istifadəçilərinin sayı 10 min nəfər idi. Bu şirkət Azərbaycan ərazisinin 78,4%-ni mobil xidmət ilə əhatə edir, respublika əhalisinin 98,8%-nə xidmətlərini təqdim edir, dünyanın 130-dan artıq ölkəsi ilə 300-dən artıq rouminq razılaşması var.

Azercell Telecom BM 1996-cı il 19 yanvarda təsis edilib. İlk təsisçiləri Turkcell İletşim Hizmetleri A.S. və Azərbaycan Rabitə Nazirliyi olub. Şirkət fəaliyyətə 1996-cı il dekabrın 15-də başlayıb. Əvvəl xidmətlər sonradan ödəmə sistemi ilə təqdim edilib, 1998-ci ildən isə öncədən ödəmə - SimSim tarif planına keçilib.

Xəbər lenti

Xəbər lenti