...

Azərbaycan hökuməti "Xalq kompüteri" layihəsinə baxacaq

Telekommunikasiya Materials 9 Aprel 2007 17:41 (UTC +04:00)
Azərbaycan hökuməti "Xalq kompüteri" layihəsinə baxacaq

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhalinin aztəminatlı təbəqələrinə yönləndirilmiş "Xalq kompüteri" layihəsinin ilkin variantı üzərində işlərini başa çatdırıb. Bu barədə bazar ertəsi nazirlikdən məlumat veriblər.

Rabitə Nazirliyinin, Intel və Microsoft şirkətlərinin mütəxəssislərindən ibarət olan işçi qrupu hökumət üçün təkliflər hazırlayıb.

"Aprelin sonuna qədər təkliflər hökumətə təqdim olunacaq",-deyə nazirlikdən bildiriblər.

"Xalq kompüteri" layihəsinin məqsədi əhalinin aztəminatlı hissəsinə uzunmüddətli kredit və aşağı faiz dərəcələri ilə kompüterlərin verilməsidir.

Bu işə yerli icra hakimiyyəti orqanları, məşğulluq xidmətləri və Internet klubların cəlb oluması da güman edilir.

Təqribi hesablamalara görə, hazırda Azərbaycanda hər 100 nəfərə 3-4 kompüter düşür. Bu layihə həyata keçirildikdən sonra bu rəqmi 5 dəfəyə qədər artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti