...

Bakıda CEPT plenar sessiyası keçiriləcək

Telekommunikasiya Materials 17 İyul 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend m müxbir S.Babayeva/ Bakıda Avropa Poçt və Rabitə Administrasiyaları Konfransının (The European Conference of Postal and Telecommunications Administrations) 37-ci plenar sessiyasının keçirilməsi gözlənilir. Bu barədə Azərbaycan Rabitə və İnformasiya texnologiyaları Nazirliyindən məlumat verilib.

Tədbir 4-6 dekabr tarixlərinə planlaşdırılıb. Sessiyada təşkilata daxil olan ölkələrin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

CEPT (Conference of European Post and Telecommunications) - Avropa Poçt və Rabitə Administrasiyaları Konfransı 1959-cu ildə 19 Avropa ölkəsi tərəfindən təsis olunub. Hazırda 48 ölkə təşkilatın üzvüdür - Albaniya, Almaniya, Andorra, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Hersoqovinya, Bolqarıstan, Böyük Britaniya, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Makedoniya, Türkiyə, Ukrayna və Vatikan.

Təşkilatın mənzil qərargahı Norveçdədir.

CEPT-in üç komitəsi var: komitələrdən biri poçt rabitəsi üzrə (CERT), ikisi isə telekommunikasiya və texnologiyalar üzrə (ERC və ECTRA).

Xəbər lenti

Xəbər lenti