...

Azərbaycanda avtomobil yolunun tikintisi üçün tender elan edilib

Tender müsabiqələri Materials 6 Avqust 2012 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir E.İsmayılov/

Abşeron rayon İcra Hakimiyyəti Fatmayi-Goradil avtomobil yolunun tikintisi üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi rəsmi mətbuatda dərc olunan məlumatında deyilir.

Tender Saray-Novxanı-Mehdiabad-Fatmayi-Goradil avtomobil yolunun tikintisi çərçivəsində bir lot üzrə elan edilib.

İddiaçılar tenderdə iştirak haqqında ərizəni və digər sənədləri 3 sentyabr, saat 17:00-dək təqdim etməlidirlər.

Tender təklifləri və bank zəmanəti 11 sentyabr, saat 17:00-dək aşağıdakı ünvan üzrə təqdim olunmalıdır: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7.

Tender təkliflərinin açılması 12 sentyabr, saat 11:00-da İcra Hakimiyyətinin binasında baş tutacaq.

Xəbər lenti

Xəbər lenti