...

Turizm Bürosu: Azərbaycan çinli turistləri qəbul etməyə yetərincə hazır deyil

Turizm Materials 4 Dekabr 2019 14:46 (UTC +04:00)
Azərbaycan Çindən turist kütləsini qəbul etmək üçün yetərincə hazır deyil.
Turizm Bürosu: Azərbaycan çinli turistləri qəbul etməyə yetərincə hazır deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Çindən turist kütləsini qəbul etmək üçün yetərincə hazır deyil.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Çin turistlərinin Azərbaycana axınını təmin etmək üçün müəyyən işlər görülməlidir.

F.Zenqstşmit əlavə edib ki, 2020-ci ildə Çindən Azərbaycana yeni hava xətləri açılacaq. Bu da Azərbaycanın turizm potensialının həcmini artırmağa kömək edəcək:

"Eyni zamanda, yeni müqavilələrin bağlanması nəzərdə tutulur. Bunun da nəticəsində Azərbaycan Çin turistləri üçün özünü təsdiqləmiş məkan kimi göstərə biləcək. Öz təcrübəmə əsaslanaraq deyim ki, Avstriya ilə Çin arasında belə bir müqavilənin bağlanması üçün iş aparmışdım. Çox müsbət nəticə əldə etdik, Avstriyaya gələn turistlərin sayı xeyli artdı".

İcraçı direktor hesab edir ki, çinli turistləri cəlb etmək məqsədi ilə Çin dilində danışa bilən turizm xidməti göstərən heyətin hazırlanması üçün işlər aparılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti