...

Azərbaycanla İsrail arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Turizm Materials 30 Mart 2022 22:29 (UTC +04:00)
Azərbaycanla İsrail arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Bakı. Trend:

Azərbaycanla İsrail arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Twitter" hesabında məlumat verib.

"Bu gün israilli həmkarım Yoel Razvozovla turizm sahəsində əməkdaşlıq haqqında saziş imzaladıq. İnanıram ki, bu saziş ikitərəfli turizm əlaqələrimizin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək", - Agentlik sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti