...

Vitse-prezident: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün doğru seçimdir

Nəzər nöqtəsi Materials 12 May 2016 14:47 (UTC +04:00)
İnanıram ki, biz Azərbaycan ilə birgə səylərimiz nəticəsində möhtəşəm bir idman bayramı keçirəcəyik.
Vitse-prezident: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün doğru seçimdir

Bakı. Elçin Mehdiyev - Trend:

İnanıram ki, biz Azərbaycan ilə birgə səylərimiz nəticəsində möhtəşəm bir idman bayramı keçirəcəyik.

Trend-in məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum bu gün Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan bu mötəbər tədbirin keçirilməsi üçün doğru seçimdir: "Biz bunu bir çox tədbirlərin, o cümlədən I Avropa Oyunlarının timsalında gördük. Biz bu işin öhdəsindən gəlmək üçün kifayət qədər təcrübəyə malikik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti