...

Deputat: Növbədənkənar prezident seçkilərinin elan edilməsi Azərbaycanda demokratiyanın uğurudur

Nəzər nöqtəsi Materials 6 Fevral 2018 13:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkiləri elan etməsi çox düzgün bir qərardır və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Deputat: Növbədənkənar prezident seçkilərinin elan edilməsi Azərbaycanda demokratiyanın uğurudur

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkiləri elan etməsi çox düzgün bir qərardır və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, 2016-cı il sentyabrın 26-da referendum keçirilərək Konstitusiyaya dəyişiklik edildi və prezidentlik müddəti, növbədənkənar prezident seçkilərinin keçirilməsi qaydaları müəyyən edildi: “Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu referendum göstərdi ki, xalq dövlət başçısına böyük etimad göstərir. Bu etimada cavab olaraq da Prezident növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul etdi və demokratik inkişafa yeni impuls verdi, siyasi iradə nümayiş etdirdi”.

Deputat hesab edir ki, ölkədə gedən proseslər, ölkəmizdə keçirilməsi nəzərdə tutulan böyük yerli və beynəlxalq səviyyəli tədbirlər, eyni zamanda 2025-ci ildə keçiriləcək parlament seçkilərinin prezident seçkiləri ilə eyni vaxta düşməsi, həmçinin xalqın Prezidentə olan böyük etimadı nəzərə alınmaqla növbədənkənar prezident seçkiləri elan edilib:

"Növbədənkənar seçkilərin elan edilməsi Azərbaycanda demokratiyanın növbəti bir uğurudur. Prezident İlham Əliyev bununla bir daha göstərir ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və siyasi iradəyə malikdir".

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti