...

Gürcüstana müdaxilə üçün Rusiyanın heç bir qanuni hüququ olmayıb – Matias Yorş

Dünya xəbərləri Materials 20 Avqust 2008 20:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ "Gürcüstana müdaxilə üçün Rusiyanın heç bir qanuni hüququ olmayıb", - AŞPA-nın Gürcüstan üzrə məruzəçisi, macar deputat Matias Yorş Tbilisidə keçirilən brifinqdə bildirib.

"Bu, Gürcüstan ərazisinin işğalıdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Avropa Şurasına üzv ölkə bu təşkilatdan olan digər dövlətə hücum edib, belə şey isə, hələ baş verməmişdi", - o bildirib.

Yorş qeyd edib ki, Rusiya yeni dünya nizamı qurmaq və SSRİ dağıldıqdan sonra formalaşan dünya nizamını dəyişməyə çalışır. Bu "yeni nizama" əsasən, bir dövlət digərinin hərəkətlərindən qıcıqlanırsa, ona qarşı güc tətbiq edə bilər. Bu isə yolverilməzdir", - o vurğulayıb.

AŞPA-nın Gürcüstan üzrə məruzəçisi qeyd edib ki, çərşənbə günü Qoridə olub və dinc yaşayış üçün heç bir şəraitin olmadığına, vətəndaşların, həmçinin, medianın hüquqlarının məhdudlaşdırıldığına əmin olub. "Zorakılıq faktlarının qeydə alındığı münaqişə zonasındakı vəziyyətə görə bütün məsuliyyət işğalçının üzərinə düşür və bu beynəlxalq hüquqdur", - o bildirib.

Yorş bəyan edib ki, Rusiya qoşunlarının Gürcüstandan çıxarılmasının heç bir əlaməti görünmür.

Xəbər lenti

Xəbər lenti