...

Saakaşvilinin Rusiyanın tələsinə düşməsi kobud səhv idi - ABŞ konqresmeni

Dünya xəbərləri Materials 10 Sentyabr 2008 01:21 (UTC +04:00)
Saakaşvilinin Rusiyanın tələsinə düşməsi kobud səhv idi - ABŞ konqresmeni

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Cənubi Osetiya ilə bağlı hərəkətləri kobud səhv idi. Belə bir bəyanatla ABŞ Konqresinin nümayəndələr palatasının xarici işlər üzlər komitəsinin sədri, demokrat Qovard Berman çıxış edib.

"Prezident Saakaşvilinin Rusiyanın tələsinə düşməyi və hərbi əməliyyatlara başlamaq qərarı dəhşətli kobud səhv idi ", - deyə Berman sentyabrın 9-da ABŞ Konqresindəki dinləmələrdə çıxış edərkən bildirib.

Bununla Berman qeyd edib ki, ABŞ Gürcüstanı çox tənqid etməməlidir.

"Sərt qiymət verməkdən öncə Gürcüstan hökumətinin qarşılaşdığı təxribatları nəzərə almalıyıq", - deyə o vurğulayıb.

Konqresmenin bildirdiyinə görə, Rusiya hökuməti şübhəli hüquqi və hərbi addımlarla prezident Saakaşvilini təxribata çəkməyə çalışırdı.

Berman qeyd edib ki, Rusiyanın sonradan qeyri-proporsional güc tətbiq etməsi açıq-aydın göstərdi ki, Moskvanın məqsədi heç də Cənubi Osetiyadakı vətəndaşlarının müdafiəsi deyildi. Onun sözlərinə görə, məqsəd suveren dövlətin demokratik seçilən prezidentinin hakimiyyətdən uzaqlaşdırılması olub. ( RİA Novosti ).

Xəbər lenti

Xəbər lenti