...

Türkiyədə İrana məxsus avtobus aşıb, 25 nəfər yaralanıb

Dünya xəbərləri Materials 11 Mart 2009 13:35 (UTC +04:00)
Türkiyədə İrana məxsus avtobus aşıb, 25 nəfər yaralanıb

Türkiyənin şərqində İrana məxsus sərnişin avtobus dərəyə aşıb. Hadisə nəticəsində 25 iranlı sərnişin yaralanıb. Bu barədə İran Televiziyası (İRİB) məlumat yayıb.

İrana məxsus sərnişin avtobusu çərşənbə günü İran-Türkiyə sərhəd keçid məntəqəsindən Türkiyə ərazisinə daxil olub. Avtobus Türkiyənin Siirt əyalətinin Balkan şəhər magistral yolunun 10-cu kilometrliyində yoldan çıxaraq dərəyə aşıb. Hadisəyə səbəb yolun sürüşkən olması bildirilir.

Hadisə nəticəsində yaralanmış şəxslər Siirt əyalətindəki xəstəxanaya çatdırılıb. Yaralananların ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

2008-ci ilin sentyabr ayında da İrana məxsus sərnişin avtobusu Türkiyənin Doğubayəzid (Doğubeyazıt) şəhər yaxınlığında dərəyə aşmışdı. Hadisə nəticəsində 16 nəfər ölmüş və 24 nəfər isə yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti