...

İran və Amerikanın birgə Şurasının yaradılması təsdiqləndi

Dünya xəbərləri Materials 12 İyul 2009 13:07 (UTC +04:00)
İran və Amerikanın birgə Şurasının yaradılması təsdiqləndi

İranın Ticarət Palatasının sədri tezliklə "İran və Şimali Amerika Şurası"nın yaranmasının təsdiqlənməsi və onun tərkibinin formalaşacağı barədə xəbər yayıb.
"Təsdiqlənmiş qərara əsasən İran-Şimali Amerika, İran-Latın Amerikası şurası və həmçinin mərkəzi və cənubi Amerika da daxil olmaqla  birgə şuranın yaradılması nəzərdə tutulur. Tezliklə bu barədə daha ətraflı məlumatlar yayılacaq". Bunu Muhəmməd Nəhavəndiyan İranın Ticarət Palatasının sədri bildirib. Xəbəri İranın "İsna" xəbər agentliyi yayıb.
"Bu çərçivədə nümayəndə heyətlərinin qarşılıqlı fəaliyyəti, sərgilərin təşkil olunması, infofmasiya mübadiləsi, asanlaşdırılmış iqtisadı əlaqələr və digər bu kimi sahələrdə əməkdaşlığın aparılması nəzərdə tutulur. Hal hazırda bizim Şimali Amerika ölkələri olan Kanada, ABŞ və Mekzika ilə iqtisadi əlaqələrimiz var, lakin yaradılmış şura çərçivəsində isə bu əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulur". Deyə Nəhavəndiyan bildirib.

Xəbər lenti

Xəbər lenti