...

ABŞ fələstinlilərə 200 milyon dollar humanitar yardım ayıracaq

Dünya xəbərləri Materials 24 İyul 2009 13:10 (UTC +04:00)
Cümə günü ABŞ-ın dövlət katibi Hillari Klinton, martda Şarm-əş-Şeyxdə baş tutmuş konfransda qəbul edilən qərara əsasən, Fələstin administrasiyasına Qəzza Zolağının bərpası üçün 200 milyon dollar humanitar yardım ayrılması haqda məlumat verəcək, İtaliyanın AKI agentliyi xəbər verib.
ABŞ fələstinlilərə 200 milyon dollar humanitar yardım ayıracaq

Cümə günü ABŞ-ın Dövlət katibi Hillari Klinton, martda Şarm-əş-Şeyxdə baş tutmuş konfransda qəbul edilən qərara əsasən, Fələstin administrasiyasına Qəzza Zolağının bərpası üçün 200 milyon dollar humanitar yardım ayrılması haqda məlumat verəcək, İtaliyanın AKI agentliyi xəbər verib.

Klinton maliyyə yardımının ayrılması haqda məlumatı İordan çayının Qərb sahilində Fələstin rəhbərliyi ilə birlikdə keçirdiyi video-konfrans zamanı elan edəcək. Fələstin administrasiyasının xəbərinə görə, Klinton Fələstinin Baş naziri ilə İordan çayının Qərb sahilində video-konfrans keçirəcək və orada maliyyə yardımının ayrılması haqda məlumat verəcək.

Mart ayında dekabrda İsrail ordusunun hərbi əməliyyat keçirməsindan sonra Qəzza Zolağının bərpası üzrə konfransda ABŞ rəhbərliyi bildirib ki, bu işlər üçün Fələstin hökumətinə 900 milyon dollar ayıracaq.

Xəbər lenti

Xəbər lenti