...

Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həll olunmalıdır - Ərdoğan

Dünya xəbərləri Materials 10 Dekabr 2009 10:45 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həll olunmalıdır, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Amerika kanalı PBS-nin Charlie Rose teleşousunda çıxışı zamanı deyib, çərşənbə günü CNN Türk xəbər verir.
Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həll olunmalıdır - Ərdoğan

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir A. Axundov/

Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həll olunmalıdır, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Amerika kanalı PBS-nin Charlie Rose teleşousunda çıxışı zamanı deyib, çərşənbə günü CNN Türk xəbər verir.

"Dağlıq Qarabağ işğal olunub. Bu məsələni həll etmək lazımdır. Nəyə görə ATƏT-in Minsk Qrupu artıq 20 ildir ki, bu münaqişəni həll edə bilmir? Bu problemin həllindən sonra regionda sülh və sakitlik olacaq. Həmçinin Türkiyə və Ermənistan arasındakı problemlər də aradan qalxacaq ", - o deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Parlamenti Ermənistan ilə imzalanmış protokolların ratifikasiya məsələsinə çox həssas yanaşır.

Xəbər lenti

Xəbər lenti