...

Türkiyə "soyqırım" məsələsində kompromisə getməyəcək

Dünya xəbərləri Materials 9 Mart 2010 14:52 (UTC +04:00)
Türkiyə ABŞ Konqresi komitəsi tərəfindən qəbul edilən "erməni soyqırımı"na dair qətnamə ilə bağlı məsləhətləşmələri davam etdirəcək, lakin, eyni zamanda, bu məsələdə istənilən kompromisi istisna edir.
Türkiyə "soyqırım" məsələsində kompromisə getməyəcək

Türkiyə ABŞ Konqresi komitəsi tərəfindən qəbul edilən "erməni soyqırımı"na dair qətnamə ilə bağlı məsləhətləşmələri davam etdirəcək, lakin, eyni zamanda, bu məsələdə istənilən kompromisi istisna edir. Bunu Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu Ankaradakı mətbuat konfransında deyib. Məlumatı "Anadolu" agentliyi yayıb.

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi ötən cümə axşamı qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib. 23 konqresmen qətnamənin lehinə, 22-si əleyhinə səs verib.

Davudoğlu deyib ki, Anlara qətnamənin qəbulundan dərhal sonra geri çağırılan Vaşinqtondakı səfiri Namiq Tan ilə məsləhətləşmələri davam etdirir. Yaxın günlərdə Konqresin komitəsində səsverməyə dair bütün detallar toplandıqdan sonra Türkiyə öz gələcək hərəkətlərini açıqlayacaq. Türkiyəli nazir əlavə edib ki, istənilən halda onun ölkəsi bu məsələdə kompromisə getməyəcək.

"Ümid edirik ki, bizim həmkarlarımız bu məsələyə dair lazımi informasiyanı əldə edəcəklər", - Davudoğlu deyib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Qətnamənin qəbulunu Türkiyə-ABŞ münasibətlərinə zərbə kimi xarakterizə edən Türkiyə hökuməti Ermənistanı bütün arxivləri açmağa və danışıqları Konqres vasitəsilə deyil, üzbəüz aparmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti