...

Türkiyənin Baş naziri mayın ortalarında Azərbaycana səfər etməyi planlaşdırır

Dünya xəbərləri Materials 5 May 2010 20:59 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Afinaya səfərdən sonra, Türkiyə-Ermənistan protokollarının və Cənubi Qafqazda sülh prosesinin müzakirəsi üçün mayın 13-14-də Bakıya səfər etməyi planlaşdırır.
Türkiyənin Baş naziri mayın ortalarında Azərbaycana səfər etməyi planlaşdırır

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Afinaya səfərdən sonra, Türkiyə-Ermənistan protokollarının və Cənubi Qafqazda sülh prosesinin müzakirəsi üçün mayın 13-14-də Bakıya səfər etməyi planlaşdırır. Məlumatı NTV telekanalının saytı yayıb.

Türkiyə Baş nazirinin səfərinin dəqiq vaxtı göstərilmir. Güman olunur ki, Ərdoğan Bakıya mayın ortalarında gələcək.

Türkiyə Baş nazirinin Ermənistan Prezidenti Serj Sarkisyanla Vaşinqtondakı axırıncı görüşü, həmçinin türk-erməni protokollarının ratifikasiyası prosesinin dondurulması və Cənubi Qafqazda sabitliyin bərqərar olunması ətrafında vəziyyət Azərbaycan tərəfi ilə müzakirələrin əsas mövzusu  olacaq.

Bundan öncə türkiyəli Baş nazir ABŞ-da Prezident Obama ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edib və ATƏT-in Minsk qrupunun münaqişənin həllində rolunun aktivləşməsinə çağırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti